
Dünyanın gizli tarixi
İlham Tumas
Dünyanın gizli tarixi
İlham Tumas
Heç kim bu kitabda nəyin yaxşı, nəyin pis olduğunu bilməyə, öyrənməyə cəhd eləməsin. Çünki burada adları keçən İblislər və Mələklər törətdikləri əməlləri qətiyyən bəşəriyyətin hansısa nizamı, xeyir-şər başlanğıcı naminə deyil, onlara xas olan vəhşi instinktlə qeyri-ixtiyari törədiblər. Onlar üçün qanunun, insani dəyərlərin, ilahi ədalətin vacibliyinin, yeri gələndə, qara qəpik qədər qiyməti yoxdur. Aristotel özünün “Siyasət”ində yazırdı: “Elə insanlar var ki, onlar qanunlara əməl eləməyə bilərlər. Çünki bu adamlar özləri qanundurlar”. Bizim İblislər və Mələklər də özləri qanun olan Tanrı övladlarıdır.