Xoşbəxtlik psixologiyası və streslə mübarizə
Nevzat Tarhan
Xoşbəxtlik psixologiyası və streslə mübarizə
Nevzat Tarhan
İnsan fiziki və mənəvi cəhətdən xarici təsirlərə açıqdır. Hətta bəzi vəziyyətlərdə əhval-ruhiyyəsini bütünlüklə bu stimullar müəyyənləşdirə bilir. Çünki hər təsir və stimul insanın fiziki və mənəvi tarazlığına, nizamına, harmoniyasına təsir göstərir. İnsanın daxilindəki mexanizm şüurlu, ya şüursuz şəkildə bu tarazlığı qoruyan sistemləri, tarazlığı və harmoniyanı təmin etmək, davam etdirmək üçün müntəzəm olaraq səy göstərir. Bu səylərin yetərsiz olduğu məqamda da stres ortaya çıxır. Nevzat Tarhan “Xoşbəxtliyin psixologiyası və stres ilə mübarizə” adlı kitabında həm insanın streslə olan əlaqəsinə, həm də stresi necə xoşbəxtliyə çevirə biləcəyinə diqqət yetirir. Bu mübarizə əsnasında insanın öz şəxsiyyətini və xarakterini daha yaxşı tanımalı olduğu vurğulanır, mübarizə yolu göstərilir. Hər şey əvvəlcə özünü dəyişdirməklə başlayır. Stresin xoşbəxtliyə çevrilə biləcəyi məqamlarda bu kitabın bələdçi rolundan faydalanmaq sizin əlinizdədir.