Yeraltındakı sirr
Necati Akbaba
Yeraltındakı sirr
Necati Akbaba
Ozanla mən quyuya düşdük, Səna yuxarıda qaldı. Arxeoloqun mənə göndərdiyi mətni oxumağa başladım: “Gör burada nə yazılıb: “Qorxu nədir bilməyən cəsurlar üçün xəzinəyə aparan yollar...” Ozan: “Deyəsən, bu divarın arxasında xəzinəyə aparan keçid var. Bu divarı aşırtsaq, arxasındakı keçidi tapa bilərik”. Ömər, Ozan və Səna mehriban dostdurlar. Bir gün hər yay tətilində olduğu kimi Ömərgilin bağında oynayanda quyuya düşürlər. Quyuda gördüklərini heç cür unuda bilmir və ağlasığmaz macəra yaşayırlar. Quyudakı yazıları kim yazmışdı? Quyuda açılan keçid onları hara aparacaq? Bu keçidin sonu varmı? “Yeraltındakı sirr” kitabı üç dostun quyuda başlayan sərgüzəştlərdən bəhs edir. Ömər, Ozan və Səna quyuda irəliləmək üçün sizi gözləyir.