Türkçülüyün əsasları
Ziya Göyalp
Türkçülüyün əsasları
Ziya Göyalp
XX əsrin əvvəllərində Osmanlı İmperiyası süquta uğrayanda nəinki onun Avropadakı torpaqları əlindən çıxdı, hətta Türkiyənin bir dövlət kimi mövcud olması təhlükə qarşısında idi. Belə şəraitdə Türkiyədə yaranan müxtəlif fikir axınlarından Türk dünyası, Türk milləti üçün ən önəmlisi, ən doğru yolda olanı Türkçülük idi. Türkçülük axınının öncüllərindən biri də bu əsərin müəllifi Ziya Göyalp idi. Onun dünyada yeganə Türk dövləti olan Türkiyə Respublikasının yaranmasındakı xidmətləri əvəzsizdir. Türkçülüyün tam proqramı sayılan bu əsərdə Türkçülük axınının mahiyyəti, qarşısında duran əsas vəzifələr geniş şəkildə şərh edilir. Ziya Göyalpın milli düşüncələri qısaca belədir: “Sorma məndən oymağımı, boyumu... Beş min ildir, millət kimi yaşaram. Sorma məndən ailəmi, soyumu. Soyum Türklük, soyköküm hökmdarım... Demə mənə: “Oğuz, Kayı, Osmanlı...” Türkəm – bu ad hər ünvandan üstündür. Yoxdur özbək, noqay, qırğız, qazanlı. Türk milləti bölünməz bir “bütündür...” Ey türk oğlu! Artıq nə mən, nə sən, nə o deyə bir şey var. Millətlər yox, uruqlar yox, ancaq böyük Turan var”. Türklüyün böyük filosofu, yazıçısı Ziya Göyalp atamızın bu arzusunun həyata keçməsi onun ruhunu şad edəcək. Uca Allahın verdiyi bütün qabiliyyətləri türklüyün xoşbəxtliyi üçün nümayiş etdirən və ömrünü bu yolda şam kimi əridən Ziya Göyalp atamızı hörmətlə xatırlayırıq. Ruhu şad olsun!