İntihar sürprizi
Vüqar Bayramlı
İntihar sürprizi
Vüqar Bayramlı
Məşhur generalın təkbaşına böyütdüyü yeganə övladı – bloger qızı bağ evində özünü öldürür. O bunu sevgilisinin xəyanətinə görə törətdiyinə dair məktub yazır və hadisəni anbaan öz mobil telefonunun kamerasına çəkir. İntihardan bir qədər əvvəl isə sosial şəbəkədə “hekayə” qismində iki pozitiv fotoşəkil paylaşır. Hadisənin intihar olması təsdiqlənir. Qızın sevgilisi şübhəli şəxs qismində məsuliyyətə cəlb edilir. Generalın işə qarışması nəticəsində isə oğlan çox keçmədən azad edilir. Bəzi detallar daha çox düşündürürdü; intihar baş verməzdən əvvəl evin bütün təhlükəsizlik kameraları söndürülüb, “Makarov” tapançasının yeganə səsboğan taxıla bilən modeli olan “Makarov PB” qızın əlinə haradan keçib və ən əsası, qızı həmin gün səhər tezdən atasına gün sonunadək əla bir sürpriz edəcəyini bildirib. Günorta isə ölüm xəbəri gəlir. O, sürprizlə nə demək istəyib?