
Dənizin təəccüblü qərarı
Murat Moroğlu
Dənizin təəccüblü qərarı
Murat Moroğlu
Murat Moroğlunun qələmindən doğma bir hekayə oxumağa hazır olun! Dəniz bir gün bütün ailəsini təəccübləndirən qərar verir. Altı yaşlı Dəniz nənəsi və babası kimi təqaüdə çıxmaq istəyir! Artıq məktəbə getməyəcək, bütün gün evdə oyuncaqları və kitabları ilə vaxt keçirəcək. Amma heç nə planlaşdırdığı kimi olmur. Məktəbdə baş verən hadisələr onu yeni seçimlə üz-üzə qoyur. Bu seçim Dənizin əzmli və qərarlı olduğunu bir daha sübut edir. Xəyallarının arxasınca gedərkən aldığı böyük dərslər və yaşadığı macəralar nəticəsində həm əyləncəli, həm də öyrədici vaxt keçirir.