Alın yazım "Sən"
Sadıq Baba
Alın yazım "Sən"
Sadıq Baba
Ey alın yazım, mən nə zaman başladım sevməyə? Necə başladım, görəsən? İllərlə bir-birimizi tanımadan və bir-birimizdən xəbərsiz sinə gərdik, vuruşduq bu həyatın çətinliklərinə qarşı. Nəhayət, bərabər yorulduq. Yorulduq, amma gəl indi toplayaq özümüzü. Məsələn, eyni musiqiyə qulaq asaq. “Sən” orada, mən burada. Eyni xəyalları quraq. Mahnının eyni yerində ya ağlayaq, ya gülək. Təsadüf sadəcə... Həmişə deyərlər, təsadüflər zərurətdən doğar. Məncə, yox, təsadüflər eşqdən doğar. Mənim eşqim “Sən”sən!