Ən
Məsudə Cabbar
Ən
Məsudə Cabbar
İnsanlar xəstəliyim haqqında elə danışırlar ki, elə bil bədənimin hansısa hissəsi zədəlidir deyə duyğularım da yoxdur. Bu, görmə əngəlli birinin yanında dayanıb yüksək səslə onun görə bilməməsi haqqında danışmağa bənzəyirdi. Adam istəyirdi, qışqırıb desin: “E-ey, mən buradayam. Sizi eşidə bilirəm”.