mobile

+994 (70) 248 96 00

location

Qara Qarayev 2

instagram facebook linkedin
circle
book image

Səndən ötrü

Əziz Yaqubzadə, Tamerlan İsmayılzadə

Səndən ötrü

Əziz Yaqubzadə, Tamerlan İsmayılzadə

Səninlə bir yola çıxdıq. Səninlə yol getmək o qədər gözəl idi ki, dümdüz asfalt yol mənə güllü-çiçəkli görünürdü. Yol gözəl idi, sən yoldan da gözəl. Hərdən susurdun. Onda da sükutun bütün səslərdən gözəl olurdu. Sükutunu o qədər zərif pozurdun, elə incə danışırdın ki, istəyirdim, bütün xoş sözləri sənə sərf edim. Alın yazım sən idinmi, deyildinmi, bilmirdim. Əgər alnıma yazılmışdınsa, yazını kəşf edən misirlilərə ömür boyu minnətdar olacaqdım. Yox, əgər yazılmamışdınsa, səndən ötrü alın yazımı dəyişməyə də hazır idim.