mobile

+994 (70) 248 96 00

location

Qara Qarayev 2

instagram facebook linkedin
circle
book image

Yalquzaq və Simurq quşu

Məhbubə Cəfər

Yalquzaq və Simurq quşu

Məhbubə Cəfər

Əziz balalar! Yəqin, siz də hamı kimi səyahəti xoşlayırsınız. Gözəl Azərbaycanımızın keçmişini, müdrik hökmdarlarını, qəhrəman sərkərdələrini yaxından tanımaq üçün bizimlə səyahətə çıxmaq istəyirsinizmi? Bunun üçün əvvəlcə bizi nağıllar aləminə aparacaq nurani Oğuz dədəmiz var. O öz maraqlı hekayələrini bizə danışacaq. Bu hekayələrin yaranma səbəbkarları isə Yalquzaq adlı oğlan və nağıllardan tanıdığımız sehrli Simurq quşudur. Onlar keçmişə səyahət etdikcə başlarına gələn macəralar haqqında Oğuz dədə bizə danışacaq. İlk kitabımız Yalquzağın bozqurdlar ailəsində böyüməsi və onun Simurq quşu ilə tanışlığı barədədir. Yalquzaq vətənimiz Azərbaycanın bütün dövrlərini gəzib görmək istəyir. Və bu işdə ona sehrbaz Simurq quşu kömək edəcək. Əziz balalar! İndi deyin görək, siz də onlarla səyahətə çıxmaq istəyirsinizmi? Elə isə Oğuz dədənin hekayələrini oxumalısınız. Xoş səyahətlər, dostlar!