mobile

+994 (70) 248 96 00

location

Qara Qarayev 2

instagram facebook linkedin
circle
book image

Yaxşı qızların pis taleyi

Fidan Nizamova

Yaxşı qızların pis taleyi

Fidan Nizamova

Qadınları uşaqlıqdan “yaxşı” olmağa öyrəşdirirlər. Onların həyatda əsas missiyası sadəcə yaxşı həyat yoldaşı, yaxşı ana olmaqdır. Beləcə, qadınlar fərqində olmadan asılı birinə çevrilirlər. Özünü bəyəndirmək və sevdirmək üçün arzu və istəklərindən vaz keçirlər. Məgər yaxşı yoldaş və ana olmaq üçün “yaxşı qız” olmaq yetərlidirmi? Bu kitabda “yaxşı qız” sindromunun necə yarandığını və bundan necə qurtula biləcəyinizi öyrənəcəksiniz. Özünüzü görə biləcəyiniz real seanslardan dialoqlar və hekayələrlə tanış olacaqsınız. Eyni vəziyyətdən heç kəsə zərər vermədən necə çıxış yolları tapmaq olar, biləcəksiniz. Kitabda çoxsaylı psixoloji texnikalar, meditasiya və testlər var. Bu kitab hər bir qadının şəxsi inkişafı, daxili potensialını üzə çıxarması, ailə bağlarının möhkəmlənməsi və “yaxşı qız”dan güclü şəxsiyyətə çevrilməsində yardımçı olacaq.