Ceyhun Hidayətlinin "Əqrəb" kitabının motivləri əsasında serial çəkildi.
2023-cü ildə Mayak nəşriyyatında çap edilən Ceyhun Hidayətlinin “Əqrəb”romanı əsasında hazırlanan İctimai TV kanalında “Əqrəb Mövsümü” adlı serial yayımlanmışdır. Bu, Azərbaycanda kitabdan adaptasiya olunan ilk serial olmuş və ən çox baxılan layihələrdən biri kimi rekord qırmışdır. Həmçinin yerli ədəbiyyatın ekranlaşdırılması baxımından yeni bir mərhələ yaratmışdır.