Bu sayt (həmçinin bu saytın aşağıdakı müəyyən edilən mənada bütün sonrakı qəbulediciləri saytları) (bundan sonra — “Alsana Saytı”) “Eyvon Byuti Prodakts Kompani” MMC (bundan sonra — “Alsana”, “biz”, “bizə” və ya “bizim”) tərəfindən idarə olunur və ona məxsusdur.
ERRA MMC Alsana-nın qanuni nümayəndəsidir. “ERRA” Azərbaycan Respublikasının ərazisində Alsana məhsullarının satışı məqsədilə Alsana Saytının operatorudur (bundan sonra — “Satıcı”).
Biz Alsana Saytının istifadəçilərinə audiovizual kontent, təsvirlər, forumlar, mətn materialları, məlumatlar və digər kontent və xidmətlər də daxil olmaqla, məhsullarımızla bağlı kontent və xidmətlərə (bundan sonra birlikdə — “Xidmətlər”) çıxış imkanı veririk.
Alsana Saytından istifadə etməzdən əvvəl saytdan istifadə şərtləri (bundan sonra — “Saziş”) ilə diqqətlə tanış olmağınızı xahiş edirik. Alsana Saytından istifadə etməklə Siz bu Sazişin şərtlərini qəbul edir və onlara əməl etməyə razılaşırsınız.
Əgər Siz bu Sazişin şərtləri ilə razı deyilsinizsə, Alsana Saytından istifadə etməməyinizi xahiş edirik.
Alsana Saytından istifadə etməklə Siz:
- yetkinlik yaşına çatdığınızı və bu Sazişi bağlamaq hüququna malik olduğunuzu; və ya
- yetkinlik yaşına çatmamısınızsa, bu Sazişi bağlamaq üçün valideynlərinizin və ya qəyyumunuzun razılığını aldığınızı
təsdiq edirsiniz. Əgər Siz yetkinlik yaşına çatmamısınızsa və müvafiq razılıq almamısınızsa, Alsana Saytından istifadə edə bilməzsiniz.
Biz öz mülahizəmizlə bu Sazişi tam və ya qismən dəyişmək hüququnu özümüzdə saxlayırıq. Dəyişikliklər, ağlabatan üsullarla, o cümlədən dəyişdirilmiş versiyanın Alsana Saytında dərc edilməsi yolu ilə bildirə bilər.
Son yenilənmə tarixi ilə tanış olmaq üçün bu sənədin yuxarısında yerləşən “AXIRINCI YENİLƏMƏ” bölməsinə baxa bilərsiniz.
Dəyişikliklər dərc edildikdən sonra Alsana Saytından istifadəni davam etdirməyiniz, həmin dəyişikliklərlə razılaşdığınız anlamına gəlir. Bu dəyişikliklər əvvəlki tarixlərdə yaranmış mübahisələrə retrospektiv qaydada tətbiq edilmir.
Əgər Siz bu Sazişdə edilən dəyişikliklərlə razı deyilsinizsə, Alsana Saytından istifadə edə bilməzsiniz.
Vaxtaşırı olaraq biz Alsana Saytının hər hansı hissəsinə çıxışı məhdudlaşdıra və ya bağlaya, istifadəyə görə ödəniş tətbiq edə, saytı dəyişdirə və ya ləğv edə, eləcə də bəzi və ya bütün istifadəçilərə əlavə imkanlar təqdim edə bilərik (qanunvericiliyin tələblərinə riayət etməklə).
TəriflərBu Saziş çərçivəsində istifadə edilən terminlər aşağıdakı mənanı daşıyır:
“Alsana-nın Müstəqil Ticarət Nümayəndəsi ilə Saziş” — Satıcı ilə Alsana-nın Müstəqil Ticarət Nümayəndəsi arasında, Alsana-nın əmtəə nişanı altında məhsulların alqı-satqısına dair bağlanmış müqavilə.
“Alsana-nın Müstəqil Ticarət Nümayəndəsi”
(bundan sonra — “Nümayəndə”) —
(a) Alsana-nın Müstəqil Ticarət Nümayəndəsi ilə Saziş imzalamış; və
(b) həmin Sazişə uyğun olaraq mütəmadi şəkildə məhsul alan fiziki şəxsdir.
Əgər Siz Alsana-nın Müstəqil Ticarət Nümayəndəsisinizsə, Alsana Saytından istifadəniz yalnız bu Sazişlə deyil, həmçinin Alsana-nın Müstəqil Ticarət Nümayəndəsi ilə bağlanmış Saziş və Satıcı ilə Alsana arasında tətbiq olunan digər sazişlərlə tənzimlənir.